AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə nazirləri Füzuli, Cəbrayıl və Zəngilana GEDİB

  • + A
  • - A
  • 18-03-2021, 13:09


    Azərbaycanlı və Türkiyəli nazirlər Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər ediblər.

    Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

    Belə ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli ilə birlikdə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində olublar.

    Səfərdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

    Xatırladaq ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli azad olunmuş ərazilərə səfər edən ilk xarici nazirdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR