AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib

  • + A
  • - A
  • Bu gün, 15:00

    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib

    Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndələri Dünya Atletikasının rəhbərliyi ilə görüşlər keçirib.

    Bu barədə AAF-dan bildirilib.

    ABŞ-nin Yucin şəhərində keçirilən U-20 Dünya Çempionatı çərçivəsində Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, baş katibi Məhərrəm Sultanzadə, idman işləri üzrə direktoru Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Maqsud Fərzullayev Dünya Atletikasının prezidenti Sebastian Coe ilə görüş keçiriblər.

    Federasiya nümayəndələri, həmçinin Dünya Atletikasının yarışlarının idarə olunması şöbəsinin müdiri Pierce O"Callaghan, yarışlar və tədbirlər şöbəsinin direktoru Marton Gyulai və digər nümayəndələri ilə də görüşlər keçiriblər.

    Görüşlərdə beynəlxalq yarışların təşkili, əməkdaşlıq imkanları və Azərbaycan atletikasının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR