AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz

  • + A
  • - A
  • 7-04-2020, 12:27

    190 manatlıq yardım üçün belə qeydiyyatdan keçməlisiz


    Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Hazırda işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır.
    Qafqazinfo xəbər verir ki, bir sıra vətəndaş sözügedən ödənişi almaq üçün müraciət qaydalarını bilmədiklərini qeyd edib.

    Bu baxımdan saytda qeydiyyat və müraciət prosesini mərhələli şəkildə izah edirik.

    Birdəfəlik ödəməni yalnız işsizlik statusu rəsmiləşdirilmiş şəxslər ala bilər (qeyd edək ki, qanuna əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz şəxs kimi qeydiyyata alına bilməzlər).

    İşsizlik statusunuzu rəsmiləşdirmək üçün ilk olaraq www.e-sosial.az saytına daxil olursunuz.

    Daha sonra e-xidmətlər bölməsini açırsınız.

    Açılmış pəncərədə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xanasını seçirsiniz.
    Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız. Bunun üçün “İstifadəçi FİN-i ilə” xanasını seçirsiniz.

    Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün saytda qeydiyyatdan keçməlisiniz. Odur ki, “Qeydiyyatdan keçin” düyməsini seçərək şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edirsiniz.

    Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

    İstifadəçi FİN-i ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

    Qeyd edək ki, dünəndən etibarən sayta giriş ağırlaşıb.

    Əgər sistemdə problemlə qarşılaşsanız, 142 çağrı mərkəzinə zəng edin, əlavə məlumat alın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR