AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionda sülhün inkişafı

  • + A
  • - A
  • 6-03-2021, 10:00



    Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış haqqında da fikirlər səsləndirmişdir. O, qeyd etmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Dövlət başçısı həm də diqqəti ona cəlb etdi ki, damalı sülh regionun inkişafını təmin edən əsas amildir. Düşmənçilik fikirləri artıq geridə qalmalıdır. 10 noyabr tarixində imzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.
    Bu gün atılan addımlar gələcəyə xidmət edir. Prezidentin açıqlamalarından aydın olur ki, bundan sonra da birgəyaşayış şərtlərinə sadiq qalmaq Azərbaycan xalqının əsas məqsədi olacaqdır.

    Mənsimova Sevanə
    Masallı şəhər sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR