AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllimlərin sertifikasiyası keçiriləcək? - AÇIQLAMA

  • + A
  • - A
  • 8-05-2021, 17:47


    Pandemiya şəraiti ilə əlaqədar olaraq müəllimlərim sertifikasiyasının yaxın 3 ay ərzində keçirilməsi planlaşdırılmır.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

    O bildirib ki, bu səbəbdən əvvəlcədən elan verilməsini də düzgün hesab etmirik:

    “Amma sertifikasiyanın il ərzində hansısa bir qrup üzrə keçirilməsinə ümid edirik. Bu ya ixtisas üzrə ola bilər, ya hansısa coğrafi amil üzrə bölgələri əhatə edə bilər və ya ikisinin kəsişməsi də ola bilər. Məsələn, ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin müəyyən bölgələrdən sertifikasiyaya cəlb edilməsi ola bilər.

    Sertifikasiya prosesi qəfil ola bilməz, əvvəlcədən məlumat veriləcək. İnanırıq ki, payız aylarında bunu keçirə biləcəyik. Pandemiya olduğu üçün bu proses yubanır. Biz düşünürük ki, sertifikasiya müəllimlərin daha da təkmilləşməsinə kömək edən amildir və bu, bizə müəllimlər barədə daha düzgün qərar verilməsinə kömək edir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR