AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş redaktor Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb

  • + A
  • - A
  • 7-07-2021, 19:20



    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının mətbuat katibi, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb.

    Görüş əsnasında rəhbəri olduğu saytın fəaliyyəti, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı ətraflı məlumat verən Seymur Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən, müəllifi olduğu  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabını da Mətbuat Şurası sədrinə təqdim edib.

    Dövlətimizin veteranlara, şəhid ailələrrinə daim böyük qayğı göstərdiyini bildirən Əflatun Amaşov, medianın da bu məsələləri hər zaman diqqət mərkəzində saxlamasının sevindirici olduğunu bildirib. Mətbuat Şurasının sədri bildirib ki, media gələcəkdə də veteranlar, şəhid ailələri ilə bağlı hər bir məqamı diqqət mərkəzində saxlamalı, onların arzu və istəklərinin tribunası olaraq qalmalıdır.  

    Əflatun Amaşov  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabının önəmi, burada yer alan faktların beynəlxalq müstəvidə təbliğinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin hər zaman Ermənistanın ekoloji terror siyasətinə qarşı ciddi mübarizə apardığına toxunan Mətbuat Şurasının sədri, bu gün də dövlətimizin Ermənistanın ekoloji cinayətlərinə qarşı mübarizə aparmaqda davam etdiyini bildirib. Əflatun Amaşov qeyd edib ki, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabı Ermənistanın istər sovet dönəmində, istər müstəqilik illərində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı törətdiyi ekoloji cinayətlərin konkret faktlar əsasında ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

    Əflatun Amaşov Azərbaycan xalqının tarixi və mübarizəsi, ümummilli liderin fəaliyyəti ilə bağlı belə bir kitabın nəşrini həyata keçridiyi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun nəzdində fəaliyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna da öz təşəkkürünü bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR