AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonu ictimaiyyəti Ulu Öndərin xatirəsini anıb

  • + A
  • - A
  • 9-12-2021, 21:10


    Bu gün Yasamal rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı və AMEA Mərkəzi Elmi Kitabxanasının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Öncə mərasim iştirakçıları Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra isə Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli filmin baxışı keçirildi. Tədbirdə Ulu Öndərin siyasətinin onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirildi. Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı prosesində müstəsna rolundan söz açdılar.
    Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev,Elnur Allahverdiyev, Səbinə Xasayeva iştirak ediblər. Tədbir bədii hissə ilə başa çatdı.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR