"Hazırda ölkədə təqribən 120-130 min arası əcnəbi şəxs yaşayır".
Bunu Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buraya həm də 15 günə qədər ölkəyə qısamüddətli səfər edən şəxslər daxildir: "15 günə qədər ölkəyə səfər edən şəxslər qeydiyyata düşməlidirlər. Həmin göstəricinin təqribən 12-13 faizi 15 günə qədər qalanlardır, digərləri isə müvafiq yaşama icazələri olan və qeydiyyata düşən şəxşlərdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.