Abşeron rayonunda işə getmək üçün yaşayış yerlərini tərk edən koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Azadmedia.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı və Saray qəsəbələrində keçirilən profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları evi tərk etmiş İlqar Hacıyevlə Sənan Adıgözəlov işə getmək istərkən aşkar ediliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə onlar, yaşadıqları evə qaytarılıblar və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
İ.Hacıyev və S.Adıgözəlov barəsində Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.