Hacıqabul rayon prokuroru Rövşən Maqsudov vəzifəsindən azad edilib.
Azadmedia.az-ın xəbərinə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
İnformasiya Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqlənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.