Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.