AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah hava necə olacaq?

  • + A
  • - A
  • 16-05-2022, 16:00

    Sabah hava necə olacaq?


    Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-23° isti olacaq. Bakıdagecə 13-15° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR