AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan “Routes World 2026” forumunda beynəlxalq aviareyslərin genişləndirilməsini müzakirə edir

  • + A
  • - A
  • Bu gün, 13:04

    Azərbaycan “Routes World 2026” forumunda beynəlxalq aviareyslərin genişləndirilməsini müzakirə edir

    Oktyabrın 21-23-də Almaniyanın Frankfurt şəhərində beynəlxalq aviasiya marşrutlarının inkişafına həsr olunan “Routes World 2026” forumu keçirilir.

    “Routes” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə aviaşirkətlər, hava limanları və turizm qurumları yeni uçuş istiqamətlərinin yaradılması və strateji əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edirlər.

    Bu il forumda 230-dan çox aviaşirkət və 110-dan artıq ölkənin nümayəndələri iştirak edir. Azərbaycan tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Azərbaycan Turizm Bürosunun birgə təmsilçiliyi ilə iştirak edir.

    Forum çərçivəsində AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycan hava limanlarının rəhbərliyinin iştirakı ilə beynəlxalq aviaşirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

    Görüşlərdə Azərbaycan hava limanlarından yeni birbaşa uçuşların təşkili, ölkəyə yeni aviadaşıyıcıların cəlb olunması və mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

    İşgüzar görüşlər çərçivəsində “Lufthansa Group”, “AirAsia Group”, “Air Serbia”, “Aegean Airlines”, “Etihad Airways”, “Transavia France”, “Malaysia Airlines”, “easyJet”, “Jazeera Airways”, “Oman Air”, “Wizz Air” və “VietJet Air” şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılır.

    Azərbaycanın aviasiya və turizm qurumlarının forumda birgə iştirakı ölkənin beynəlxalq uçuş əlaqələrinin genişləndirilməsinə və turizm potensialının təşviqinə xidmət edir. Təşəbbüsün əsas məqsədi Azərbaycanın daha çox beynəlxalq istiqamətlə əlaqələndirilməsi, sərnişinlər üçün birbaşa uçuş imkanlarının artırılması və xarici turist axınının dəstəklənməsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR