Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan  125-ci maddəsi ilə cinayət işi açılıb. Bu barədə Azadmedia.az-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 
"2001-ci il təvəllüdlü  Atakişiyeva Sevil Samir qızının  fevralın 21-də saat 20 radələrində  paytaxtın Xətai rayonu ərazisində yerləşən  yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon  prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb", - deyə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.   
Baş prokurorluğun mətbuat xidmətindən  həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini vurğuladılar.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.