Türkiyədə narkotik maddə istintaqı ilə bağlı saxlanılan 9 məşhur şəxs məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, narkotik istintaqı çərçivəsində Ceylan Kaya həbs edilib, Özcan Dəniz, Dəniz Çakır, Burcu Özbərk də daxil olmaqla 9 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində ötən gün 35 nəfər, o cümlədən aktyor, müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır saxlanılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.