AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil tələbə kreditlərinin verilməsinin vaxtı məlum oldu

  • + A
  • - A
  • 17-09-2021, 11:15


    Təhsil tələbə kredit Fondunun 80 milyon Nizamnamə fondu var, kreditin 40 minə yaxın tələbəyə verilməsi nəzərdə tutulub. AZADMEDİA.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli məlumat verib.
    Tələbə kreditindən istifadə həm bakalavr, həm magistr pilləsi üçün nəzərdə tutulur. Kredit sosial və standart kreditdən ibarətdir. Oğlanlara Hərbi xidmət dövrü, qızlara ailə qurduğu müddətdə 2 il ödəməmək üçün güzəşt edilir.
    Semestr ərzində 71 baldan yuxarı toplayan tələbələr üçün faiz hesablanmır. Standart götürülən kreditlər zamanı 91 baldan yuxarı bal toplayan tələbələr də faizdən azad olunur, 50 faiz güzəşt edilir. Tələbələr növbəti semestrdən tələbə kreditlərindən yararlana biləcəklər. Qeydiyyat edu.az portalı üzərindən həyata keçiriləcək. Oktyabrdan tələbələr tələbə kreditlərindən yararlana biləcək. Ödəniş etmiş tələbələrin təhsil səviyyəsi yoxlandıqdan sonra, ödədiyi kredit ona geri qaytarılacaq.
    1-ci kursda orta müvəffəqiyyət göstəriciləri nəzərə alınacaq. Qalan kurslarda şərtlər dəyişməzdir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR