AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mərkəzi Nəbatat Bağı və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun birgə elmi-tədqiqat işləri davam etdirilir

  • + A
  • - A
  • 18-10-2021, 13:12


    AMEA Mərkəzi Nəbabatat Bağı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında birgə tədqiqat işləri davam etdirilir.
    Tədqiqat obyekti kimi dərman, texniki və balverən bitkilər olan gülxətmi (Alcea L.), bədrənc (Melissa L.), sığırquyruğu (Verbascum L.) cinslərinə daxil olan növlər araşdırılıb
    Tədqiqat işləri Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkiləri” laboratoriyasının əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Quliyeva, biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadə və elmi işçi Günay Məmmədova tərəfindən Əkinçilik İnstitunun nəzdindəki laboratoriyalarda müasir metod və avadanlıqların köməyi ilə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış iqtisadi əhəmiyyətli bitki materiallarının biokimyəvi tərkibi tədqiq olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR