AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İTSDA İdarə Heyətinin sədri Qubada vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 8-04-2022, 10:33

    İTSDA İdarə Heyətinin sədri Qubada vətəndaşları qəbul edəcək

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 25 aprel 2022-ci il tarixində saat 10:00-dan başlayaraq Quba rayonunda vətəndaşların səyyar qəbulunu keçirəcək. Quba Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq qəbulda Quba və Qusar rayonlarının sakinləri iştirak edə bilərlər (Ünvan: Quba şəhəri, F.Xoyski küçəsi 10 D, 2-ci mərtəbə, konfrans zalı).
    Qəbula yazılmaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət edə bilər, həmçinin Agentliyin “1542” Çağrı mərkəzi və ya Vətəndaş müraciətləri şöbəsi (+994 12 310 07 70 - daxili 21 11) ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda Agentliyin rəsmi internet səhifəsində yaradılan “Vətəndaşların qəbulu üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə, habelə info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçmək mümkündür. Bildiririk ki, qeydiyyat 24 aprel 2022-ci il, saat 18:00-da başa çatır.
    Qəbulda iştirak etmək istəyən vətəndaşlardan yalnız Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri xahiş olunur. Qəbul zamanı müraciətini yazılı formada təqdim etmək istəyən vətəndaşlardan xahiş olunur ki, məktub yazarkən mətnin oxunaqlı olmasını, təklif və ya tələblərinin aydın ifadə edilməsini diqqətdə saxlasınlar.
    Nəzərə çatdıraq ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun keçirilir.
    Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə vətəndaşların müraciətlərinə daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğununun artırılmasına xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR