AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir direktorun səs yazısı yayıldı - Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - VİDEO

  • + A
  • - A
  • 21-09-2022, 11:45

    Daha bir direktorun səs yazısı yayıldı - Valideynlərdən pul tələb edir, müəllimləri intihar həddinə çatdırıb - VİDEO

    N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova haqqında "Yenicag.az"a şikayət ünvanlanıb, səs yazısı təqdim olunub.
    Azadmedia.az xəbər verir ki, şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

    Məlumatda o da qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

    Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

    Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

    Direktorun səs yazısını təqdim edirik:

    https://ok.ru/video/3708011219677
    Məsələ ilə bağlı Azadmedia.az Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələyə mübasibət öyrəndi. İdarədən bildirdilər ki,
    Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun yayılmış səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
    Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR