AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcili tibbi yardım avtomobilində körpə doğulub

  • + A
  • - A
  • 6-05-2024, 19:28

    Təcili tibbi yardım avtomobilində körpə doğulub

    Xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub.

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 34 yaşlı qadının doğuşu səbəbilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib.

    Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına çatdırılıb.

    Hazırda ana və körpənin vəziyyəti stabildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR