AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Baş Qərargah rəisi: Ordu ən yüksək döyüş hazırlığı vəziyyətindədir

  • + A
  • - A
  • Bu gün, 21:04

    İsrail Baş Qərargah rəisi: Ordu ən yüksək döyüş hazırlığı vəziyyətindədir

    İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ordunun maksimum döyüş hazırlığı vəziyyətində olduğunu və istənilən inkişaf ssenarisinə hazır olduğunu bəyan edib.
    O, diviziya komandirləri ilə görüş zamanı bildirib ki, İsrail ordusu ölkənin bütün sərhədləri boyunca müdafiə mövqelərini gücləndirir və mümkün təhdidlərin qarşısını almaq üçün tədbirlər görür.

    “Hazırda İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətindədir və hadisələrin istənilən inkişafına hazırdır”, – deyə Baş Qərargah rəisinin sözlərini ordunun mətbuat xidməti yayıb.
    Eyal Zamir əlavə edib ki, İsrail hərbçiləri bütün istiqamətlərdə əməliyyatlarını davam etdirərək qarşı tərəfə maksimum zərbə vurmağa və həm mülki şəxslərin, həm də hərbçilərin təhlükəsizliyini təmin etməyə çalışırlar.

    “Biz yaxın və uzaq cəbhələrdə lazım olduğu qədər fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR