AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran XİN: Pakistanın daxili işlər nazirinin səfəri ABŞ-la danışıqlarda mesaj mübadiləsinə kömək edir

  • + A
  • - A
  • Bu gün, 22:26

    İran XİN: Pakistanın daxili işlər nazirinin səfəri ABŞ-la danışıqlarda mesaj mübadiləsinə kömək edir

    İran XİN: Pakistanın daxili işlər nazirinin səfəri ABŞ-la danışıqlarda mesaj mübadiləsinə kömək edir
    Iran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Pakistan daxili işlər naziri Möhsin Nəqvinin Tehrana növbəti səfəri ABŞ-la aparılan danışıqlar çərçivəsində tərəflər arasında mesaj mübadiləsinə və sənədlərin məzmununun dəqiqləşdirilməsinə xidmət edir.

    İranın Tasnim agentliyinin məlumatına görə, Möhsin Nəqvi Tehran və Vaşinqton arasında mümkün razılaşma istiqamətində aparılan səylər fonunda son bir həftə ərzində ikinci dəfə İrana səfər edib.

    İsmayıl Bəqai qeyd edib ki, İran ABŞ-ın mövqeyi ilə bağlı “ciddi və əsaslı şübhələrə” baxmayaraq, danışıqları “ciddi və vicdanlı şəkildə” davam etdirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR