AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-də məhkəmə qərarı birmənalı qarşılanmayıb

  • + A
  • - A
  • Bu gün, 21:32

    ABŞ-də məhkəmə qərarı birmənalı qarşılanmayıb

    ABŞ-ın Virciniya ştatında məhkəmə 6 yaşlı şagirdin müəllimini güllələdiyi məktəbdə çalışmış sabiq direktor müavininə qarşı irəli sürülən ittihamları ləğv edib.

    BBC News-un məlumatına görə, məktəbin keçmiş direktor müavini Ebony Parker birinci sinif şagirdinin üzərində silah olması ilə bağlı xəbərdarlıqlara məhəl qoymamaqda və uşaqlara qarşı qəddar rəftar ittihamı ilə mühakimə olunurdu.
    Lakin müdafiə tərəfi bildirib ki, ittihamların hüquqi əsasları yetərli olmayıb. Dairə məhkəməsinin hakimi Rebecca Robinson bu arqumentlə razılaşaraq Parkerə qarşı irəli sürülən bütün səkkiz ittihamı, o cümlədən insan həyatına etinasızlıq maddəsini ləğv edib.

    Qərar elan olunduqdan sonra Parkerin emosional anlar yaşadığı, başını masaya qoyaraq ağladığı qeyd olunur.
    Hadisə 2023-cü ilin yanvarında baş verib. Altı yaşlı şagird sinif otağında müəllimi Abigail Zwerner-ə atəş açıb. Güllə müəllimin əlindən keçərək sinəsinə dəyib. Yaralı müəllim əməliyyat olunub və sağ qalıb.

    Silahın sahibi olan uşağın anası, 26 yaşlı Deja Taylor isə hadisədən sonra silahla əlaqəli narkotik ittihamı üzrə həbs cəzası çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR