Tramp Fox News-u tənqid edib

Tramp Fox News-u Karl Rouvu efirdən uzaqlaşdırmağa çağırdı
ABŞ Prezidenti sosial şəbəkədə paylaşdığı sərt bəyanatda keçmiş Ağ Ev strateqi və foxnews.com telekanalını tənqid edib.
Tramp bildirib ki, Karl Rouv son 11 il ərzində həm onun, həm də MAGA (Make America Great Again) hərəkatının perspektivlərini qiymətləndirərkən davamlı şəkildə yanılıb. ABŞ prezidenti Rouvun ölkədəki siyasi reallığı anlamadığını və bundan sonra da anlaya bilməyəcəyini iddia edib.
"Fox News Karl Rouvdan qurtulmalıdır. O, artıq 11 ildir ki, mən və MAGA ilə bağlı proqnozlarında yanılır. O, tamamilə sağalmaz və funksional olmayan 'Tramp sindromundan' əziyyət çəkir. Karl Rouvu dərhal təqaüdə göndərin. O, uğursuzdur və həmişə də uğursuz olaraq qalacaq", – deyə Tramp paylaşımında yazıb.
Qeyd edək ki, Karl Rouv Respublikaçılar Partiyasının tanınmış siyasi strateqlərindən biridir. O, keçmiş ABŞ prezidenti administrasiyasında mühüm vəzifələrdə çalışıb və uzun illər Respublikaçıların seçki kampaniyalarının əsas simalarından biri hesab olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.