İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 199 nəfər ölüb.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 86 791 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 21 885 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 485 940 nəfərə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.