AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bununla Ermənistan rəhbərliyi sanki əhalinin oranı tərk etməyini istəyir”

  • + A
  • - A
  • 16-09-2021, 15:00

    “Bununla Ermənistan rəhbərliyi sanki əhalinin oranı tərk etməyini istəyir”


    Ermənistanın Qeqarkunik vilayətinin Qeqamasar icmasının sakinləri Zod (Sotk)-Basarkeçər magistralını bağlayıb.

    AzadMedia.az erməni KİV-nə istinadən xəbər verir ki, onlarla sakin Qeqamasar icmasının Basarkeçərə birləşdirilməsinə dair planlara etiraz olaraq yolu bağlayıblar.

    Məlumata əsasən, etirazçılar onları narahat edən problemlərin həll olunmasını və ərazi idarəçiliyi naziri Qnel Sanosyan ilə görüş tələb edirlər. Etirazçıların sözlərinə görə, sakinlərin fikirlərini diqqətə alan yoxdur və administrasiyanın diqqətini cəlb etmək üçün yeganə vasitə yolun bağlanmasıdır.

    Qeqamasar icmasına 18 kənd daxildir və hazırda onu Basarkeçər şəhərinə birləşdirməyi planlaşdırırlar. İcma rəhbəri Akop Avetyanın sözlərinə görə, ölkənin bu sərhədyanı kəndlərinin birləşdirilməsi ilə ölkə rəhbərliyi sanki əhalinin həmin yerləri tərk etməsini istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR