AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA-nın qadın astronavtları kosmosda alət çantalarını itiriblər

  • + A
  • - A
  • 12-11-2023, 12:41

    NASA-nın qadın astronavtları kosmosda alət çantalarını itiriblər

    NASA-nın iki qadın astronavtı Beynəlxalq Kosmik Stansiyada (ISS) təmir işləri zamanı alət çantasını kosmosda itirib. Azadmedia.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri NASA-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Jurnalistlərin yazdığı kimi, noyabrın 1-də astronavtlar Jasmine Moghbeli və Loral O'Hara ISS günəş panellərini təmir edərkən çanta sürüşüb kosmosa uçub. Kameralarda müşahidə edilib ki, NASA obyektin uçuş trayektoriyasını hesablayıb və çantanın ISS ilə toqquşmayacağına qərar verib, yəni vəziyyət nəzarətdə qalıb.

    Nəşrin məlumatına görə, itirilmiş çanta parlaq ağ rəngdədir və onu hətta durbinlə görmək mümkündür. Bunun üçün gecə səmasında ISS-i (üçüncü ən parlaq obyekt) tapmaq və daha yaxından baxmaq lazımdır. Çanta hazırda stansiyadan 2-4 dəqiqə qabaq Yer kürəsinin ətrafında fırlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR