AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

  • + A
  • - A
  • Bu gün, 09:07

    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

    Gün ərzində "Tağıyev. Neft" bədii və "Cənnət yuxusu" bədii-sənədli filmlərinin nümayişi, həmçinin Xalq şairi Səməd Vurğunun ədəbi-bədii irsinə həsr olunmuş məruzə və bir neçə sərginin təqdimatı nəzərdə tutulub.

    Axşam saatlarında isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala konserti təqdim olunacaq.

    Mədəniyyət günləri üç gün davam edəcək və Türkmənistanın Aşqabaq və Arkadağ şəhərlərində müxtəlif tədbir, nümayiş və konsertlərlə keçiriləcək.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR