AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr və yeni dövrün strateji hədəfləri müzakirə olunub

  • + A
  • - A
  • Bu gün, 16:36

    Masallıda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr və yeni dövrün strateji hədəfləri müzakirə olunub

    Masallı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər” mövzusunda geniş müşavirə keçirilib.

    Müşavirədə Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Məşhur Məmmədov və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev iştirak ediblər.

    Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyularaq Ulu Öndərin əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə edilib
    .

    Müşavirədə çıxış edən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycan son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük və tarixi inkişaf mərhələsindən keçib. Ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərin təməlində güclü dövlətçilik siyasəti, xalq-iqtidar birliyi, siyasi sabitlik və milli həmrəylik dayanır.

    Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Qurultayda Prezident, YAP sədri İlham Əliyevin müəyyən etdiyi strateji hədəflər Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyulan vəzifələrin aydın mənzərəsini ortaya qoyur.

    Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

    “Bu gün qarşımızda dayanan əsas vəzifələrdən biri əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq, ölkəmizin dayanıqlı və hərtərəfli inkişafını təmin etmək, dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmək və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir. Prezident İlham Əliyevin qurultay nitqində müəyyən etdiyi istiqamətlər bu baxımdan fəaliyyətimiz üçün mühüm yol xəritəsidir”, – deyə Məşhur Məmmədov bildirib.

    O qeyd edib ki, YAP Azərbaycanın siyasi həyatında aparıcı qüvvə olmaqla, ölkəmizin inkişafında mühüm rol oynayır. Partiyanın əsas gücü onun xalqla sıx bağlılığında, milli maraqlara söykənən siyasi xəttə sadiqliyində və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsindədir.

    Millət vəkili Məşhur Məmmədov xüsusilə vurğulayıb ki, yerli təşkilatların qarşısında mühüm vəzifələr dayanır. Əhalinin müraciət və təkliflərinin diqqətlə dinlənilməsi, ictimaiyyətlə əlaqələrin daha da gücləndirilməsi, gənclərin ictimai-siyasi proseslərə fəal cəlb olunması, partiya üzvləri arasında həmrəyliyin və təşkilatlanmanın möhkəmləndirilməsi qarşıdakı fəaliyyətin əsas istiqamətləri sırasında olmalıdır.

    Müşavirədə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev isə bildirib ki, Masallıda Yeni Azərbaycan Partiyasının fəaliyyəti qarşıya qoyulan məqsədlərə uyğun şəkildə davam etdirilir. O qeyd edib ki, rayon təşkilatı dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, partiya üzvlərinin fəallığının artırılması və əhali ilə mütəmadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl iş aparır.

    Seyfəddin Əliyev çıxışında Masallı rayonunda həyata keçirilən sosial-iqtisadi və abadlıq-quruculuq işlərindən, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib. O vurğulayıb ki, rayon təşkilatının qarşısında duran əsas vəzifələrdən biri Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının yerlərdə uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdir.

    YAP Masallı rayon təşkilatının sədri bildirib ki, partiya üzvləri dövlətimizin həyata keçirdiyi siyasəti daim dəstəkləyir və qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak edirlər. Xüsusilə gənclərin partiya həyatında fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

    Tədbirdə çıxışlar zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirdiyi fikirlər və müəyyən etdiyi prioritetlər Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini özündə ehtiva edir. Bu istiqamətlər ölkənin iqtisadi potensialının daha da gücləndirilməsi, sosial rifahın yüksəldilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

    Müşavirədə, həmçinin YAP-ın qarşıdakı dövrdə fəaliyyətinin daha səmərəli təşkili, rayon təşkilatlarının ictimai fəallığının artırılması, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, vətəndaşlarla sıx və davamlı ünsiyyətin təmin olunması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və azərbaycançılıq ideyaları bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyası da bu siyasi xəttin həyata keçirilməsində mühüm rol oynayır və qarşıdakı mərhələdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

    Müşavirənin sonunda bildirilib ki, YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr və Prezident İlham Əliyevin qurultay nitqində müəyyən etdiyi strateji istiqamətlər qarşıdakı fəaliyyət üçün mühüm proqram xarakteri daşıyır. Masallı rayon təşkilatı da bu istiqamətlərdən irəli gələn vəzifələrin icrası, partiyanın sıralarının daha da möhkəmləndirilməsi və dövlətimizin inkişafına öz töhfəsini vermək üçün fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

    Keçirilən müşavirə bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını dövlətçilik maraqları, xalqımıza xidmət, milli həmrəylik və Azərbaycanın davamlı inkişafına töhfə vermək kimi ali məqsədlər təşkil edir.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR