Azərbaycan yükdaşımaları 15 milyon tona çatdırmağı hədəfləyir

İlham Əliyev tranzit daşımalarının 10 faiz artdığını açıqlayıb
Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarını genişləndirir.
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Azərbaycanın regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı gücləndirdiyini vurğulayıb.
Onun sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon ton təşkil edib.
Dövlət başçısı bildirib ki, ortamüddətli perspektivdə məqsəd Şərq-Qərb və Şimal-Cənub marşrutlarının hər biri üzrə yükdaşımaların həcmini 15 milyon tona çatdırmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.