AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

  • + A
  • - A
  • Bu gün, 11:36

    Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

    1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil.

    Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd edilib.

    "Azərbaycan bu gün də Türk dünyasının faydalılığının artırılmasına töhfə verməkdədir", - o vurğulayıb.

    R.T.Ərdoğan əlavə edib ki, Birinci Türkoloji Qurultayın müzakirə etdiyi mövzular hər zaman Türk dünyası üçün aktual olub:

    "Birinci Türkoloji Qurultay Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynayıb. Qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir".

    O, həmçinin bu gün türk dövlətləri arasındakı birlik və dostluğun vacibliyinə diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR