AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib

  • + A
  • - A
  • Bu gün, 15:13

    İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib

    ABŞ ilə memorandumun icrası üzrə danışıqlar aparan komandaya daxil olan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Vaşinqtonla texniki məsləhətləşmələrin keçiriləcəyi barədə məlumatı təkzib edib.

    Bu barədə TASS-a istinadən xəbər verir.

    "Bu həftəyə işçi qrupların texniki müşavirələrinin keçirilməsi planlaşdırılmayıb. Qətərlə məsləhətləşmələr adi qaydada davam etsə də, bəzi mediaların Dohada işçi qruplarının texniki danışıqlarının keçirilməsi barədə məlumatları təsdiqlənmir", - o, jurnalistlərə bildirib.

    K.Qəribabadi qeyd edib ki, tərəflər hələ ki, texniki danışıqların keçirilmə yeri və vaxtı ilə bağlı razılığa gəlməyiblər: "Bu məsələ üzrə məsləhətləşmələr vasitəçi ölkələrin dəstəyi ilə davam edir".

    Daha əvvəl "Axios" portalının jurnalisti Barak Ravid bildirmişdi ki, ABŞ və İran nümayəndələri qarşılıqlı zərbələrin dayandırılması və Hörmüz boğazı üzrə fikir ayrılıqlarının nizamlanması üçün iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR