AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qabuniya Putini yenə efirdə söydü – Səbəb

  • + A
  • - A
  • 22-06-2020, 22:27

    Qabuniya Putini yenə efirdə söydü – Səbəb

    Gürcü tele-jurnalist Georgi Qabuniya yenidən Rusiya lideri Putinin ünvanına efirdə çox kobud ifadə işlədib.

    Azadmedia.az RİA-ya istinadla xəbər verir ki, “Mtavari Arxi” kanalının efirində danışan Qabuniya gözlənilmədən rus dilinə keçib və Putinə “ağır tərzdə” müraciət edib.

    Buna səbəb Qabuniyanın qətlinin sifarişi ilə bağlı yayılan məlumat olub.

    Qeyd edək ki, ötən həftə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya vətəndaşı Vasambek Bokovu saxlamışdılar. Saxlanılan şəxs saxta sənəd almaq, saxlamaq və istifadə etməkdə ittiham olunur.

    “Mtavari Arxi” televiziyasının rəhbəri Nika Qvaramiya isə Bokovun saxlanmasıyla bağlı şok məlumat yaymışdı. O, iddia etmişdi ki, həbs edilən şəxs Çeçenistan rəhbəri Ramzan Kadırovun tapşırığı ilə Gürcüstana gəlib və tele-jurnalist Georgi Qabuniyanı ötən il “Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putini söydüyü üçün (Qabuniya Putinin anası və ölən valideynləri haqda ağır söyüş işlətmişdi) öldürülmək istəyib.

    “Bokovun saxlanılmasının rəsmi səbəbi Ramzan Kadırovun sifarişi əsasında Georgi Qabuniyanın qətlə yetirilməsi planı ilə əlaqəli deyil. Bu barədə Gürcüstan hakimiyyət orqanlarına Ukrayna hüquq-mühafizə orqanlarından məlumat verilib. Bizdə olan məlumata görə, Qabuniya bir neçə ay müşahidə altında olub. Qabuniyanın məhvi Ukraynadan koordinasiya edilib, idarəetmə isə Çeçenistandan aparılıb. Gürcüstan tərəfi əvvəlcə alınan məlumatı Ukraynadakı gürcü lobbisinin provokasiyası kimi dəyərləndirib, amma bununla belə, Qabuniyaya müdafiə təmin edib”, - Qvaramiya bildirib.

    Bu iddiaları Kreml sözçüsü Peskov absurd adlandırmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR