Hörmüz boğazında tanker insidenti

Gəmidə partlayış və yanğın baş verib
Hörmüz boğazında neft tankerinin mina ilə toqquşması nəticəsində partlayış və yanğın baş verib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
SEPAH-ın iddiasına görə, 750 min barrel neft daşıyan tanker İranın xəbərdarlığından sonra icazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.