AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Reanimasiyadakı koronavirus xəstələrinin sayı azaldı

  • + A
  • - A
  • 19-09-2020, 21:40



    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.

    AzadMedia.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 867 nəfər aktiv koronavirus xəstəsi var.

    Onlardan 108 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 114 və 8 idi.

    Ümumilikdə 39 042 nəfər virusa yoluxub, 36 601 nəfər sağalıb, 574 nəfər vəfat edib.

    Bu gün 6 722 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 047 906 test aparılıb.

    Qeyd edək ki, bu gün 148 koronavirusa yoluxma faktı qeydə alınıb, 177 nəfər sağalıb, 2 nəfər ölüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR