AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda yüksək bal yığan tələbələri hansı mükafatlar gözləyir?

  • + A
  • - A
  • 23-09-2020, 14:17

    Masallıda yüksək bal yığan tələbələri hansı mükafatlar gözləyir?
    Bu il Masallı rayonundan orta ümumtəhsil məktəblərini bitirən məzunların düz 100 nəfəri ən yüksək-500 və 600-dən yuxarı bal toplayıb.

    Ən yüksək balı isə Qızılağac Tam Orta məktəbinin məzunu Ramazanlı Azər Maarif oğlu toplayıb 675 toplayıb.

    Həm də sevindiricidir ki, bu il Qızılağac orta məktəbinin 3 məzunu medal qazanıb-2-si qızıl, 1-i gümüş.

    Ümumiyyətlə, son 4 ildə Masallının yüksək uğur qazanmış məzunlarında 4 nəfəri qızıl, 2 nəfəri gümüş, 5 nəfəri isə bürünc medallara layiq görülüb.

    Uğur qazananlar arasında ayrı-ayrı fənlər üzrə respublika olimpiadasının qalibi olanlar da var. Belə ki, müddətdə Masallı məktəbliləri 6 qızıl, 2 gümüş medal qazanıblar.

    Bəs bu uğuru qazananlar necə mükafatlandırılacaq?

    Redaksiyaya daxil olan məlumata görə 600-dən yuxarı bal toplayan 27 nəfərin hər birinə 70 saylı seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov

    600-dən artıq bal toplayanların hər birinə planşet hədiyyə edəcək. Planşetləri 3 dərəcə üzrə veriləcək. Yəni ki, ballarına görə ilk onluqda yer tutanlar daha bahalı planşetlərlə mükafatlandırılacaq.

    Masallı İcra hakimiyyəti isə 500-dən yuxarı bal yığanlara 150, 600-dən yuxarı bal yığanların hər birinə 200 manat pul mükafatı veriləcək.

    “Regional hüquqi və iqtisadi maarifləndirmə” İB-nin rəhbəri, həmişə xeyirxah işlərin önündə olan Arzu xanım Bağırova da qaliblər üçün hədiyyələr hazırlayıb. Belə ki, İB sədri 600 başldan yuxarı yığanlar üçün-köynək, saat, çanta, bloknot və kitablardan ibarət xüsusi bağlamalar hazırlayıb.

    Həmçinin qaliblərə diplomların və digər hədiyyələrin də veriləcəyi gözlənilir.

    Samir Əliyev. Cenub.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR