AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Cənab prezident BMT-dəki çıxışı ilə Ermənistanın işğalçı siyasətini bir daha sübut etdi" - DEPUTAT

  • + A
  • - A
  • 26-09-2020, 16:40



    "Cənab Prezident BMT nizamnaməsinin qəbul edilməsinin 75 illiyinə həsr olunmuş siyasi debatındakı proqram xarakterli çıxışı ilə Ermənistanın işğalçı siyasətini bir daha sübut etdi".

    Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.


    Deputat Ermənistanın uzun illərdir ki, Azərbaycana qarşı işğalçı siyasətini davam etdirdiyini vurğulayıb:

    "Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqlarımızla bağlı bu günə kimi icra edilməyən 4 qətnaməsi var. Həmin qətnamələrdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz boşaltmalı olduğu bildirilir. Görəsən, Ermənistan bu günə kimi həmin qətnamələrdə qeyd olunanların hansına əməl edib?! Təbii ki, heç birinə!

    1994-cu ildə atəşkəs elan olunsa da, Ermənistan dövləti bir gün də olsa buna əməl etmədən müxtəlif təxribatlara əl atıb. Son bir neçə ayda da Ermənistan öz havadarlarının köməyi ilə işğalçı siyasətini davam etdirməkdədir. Azərbaycan-Ermənistan cəbhə bölgəsinin Tovuz istiqamətində ermənilərin törətdikləri müxtəlif təxribatlar bunun əyani sübutudur".

    Deputat vurğulayıb ki, bu gün Ermənistan işğal olunmuş torpaqlarımızı özününküləşdirmək və etnik dəyişimlər etmək üçün müxtəlif ölkələrdən erməniləri Dağlıq Qarabağ və digər rayonlara köçürməkdədir:

    "Təbii ki, Ermənistan bu addımı ilə növbəti dəfə beynəlxalq hüququn normalarına qarşı çıxır. Təəssüf ki, yenə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar və dövlətlər ikili münasibətlərini davam etdirərək Ermənistanı cəzalandırmır, bu addımına görə sanksiyalar tədbiq etmirlər. Əksinə, bəzi dövlətlər Ermənistana dəstək olur, onu silahlandırırlar. Əlbəttə ki, bu, cənab Prezidentin vurğuladığı kimi, qəbuledilməz bir addımdır.

    Digər mühüm məsələ isə Ermənistanın münaqişəyə müsəlman ölkələrini cəlb etməsidir. Belə ki, Nikol Paşinyan Suriya, Livan və digər müsəlman ölkələrindəki terrorçuları işğal olunmuş torpaqlarımıza yerləşdirir və öz təxribatlarında da onlardan istifadə etməkdədir.

    Daha bir vacib məsələ isə işğal olunmuş rayonlarımızda tarixi abidələrimizin, məscidlərimizin ermənilər tərəfindən dağıdılması və bütün infrastrukturun məhv edilməsidir. Bu gün ermənilər işğal olunmuş ərazilərimizdəki məscidlərdə donuz saxlayaraq nəinki Azərbaycana, bütün müsəlman ölkələrinə hörmətsizlik edir. Amma təəssüf ki, bəzi İslam ölkələri buna etiraz etmək əvəzinə, müsəlmanların qanını tökmək üçün Ermənistanı silahlandırır. Əlbəttə, bu, qəbuledilməz və yolverilməz bir addımdır.

    Azərbaycanın bu gün İslam həmrəyliyinin təmin edilməsində və dünyada sülhün bərqərar olmasında böyük rolu var. Ermənistan və onlara köməklik edən beynəlxalq təşkilatlar və dövlətlər anlamalıdır ki, cənab Prezidentin hər dəfə qeyd etdiyi kimi, Azərbaycan bir qarış torpağını düşməndə qoymayacaqdır! Sülh və ya müharibə yolu ilə azad edəcəkdir! Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistana və bütün dünyaya gücünü və qüdrətini sübut edib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR