AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik

  • + A
  • - A
  • 12-11-2020, 20:28

    Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik

    İbrahim Cəfərov,
    ADAU-nun rektoru


    Bu gün Konstitusiya günüdür. Konstitusiyamız 25 ildir dövlətimizin möhkəmlənməsinə xidmət edir.
    Bu il 12 noyabrdan əvvəl ölkədə baş vermiş sevincli hadisələr o qədər çoxdur, o qədər qürurvericidir ki, hər biz azərbaycanlı ürək dolusu
    Şuşa qələbəsindən bu yana ölkədə baş vermiş hadisələrdən danışmaq istəyir. Çünki 44 gündən sonra qazanılan qələbə xalqımızın 28 il ərzində gecə-gündüz can atdığı ən böyük zəfəri oldu. Bu qələbə ilə Ali Baş Komandanımızın, müzəffər ordumuzun və bu Azərbaycan xalqının adı əbədi olaraq tarixə yazıldı.
    Mənim fikrimcə, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat məzmun, mahiyyət, nəticə etibarilə işğalçı Ermənistanın tam məğlubiyyəti, Azərbaycanın isə, birmənalı şəkildə, çox böyük siyasi qələbəsidir.
    Sentyabrın 27-dən bu günə qədər xalqımız bir yumruq kimi birləşərək öz Prezidentinin və ordusunun dayağı oldu. Bu günlər ərzində siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə, haqq savaşımıza öz töhfəsini verdi. Məhz birliyin nəticəsində düşmən bütün cəbhələrdə acı məğlubiyyətə uğradıldı. Hər kəs Azərbaycan xalqının, dövlətinin gücünü, Azərbaycan ordusunun və hərbi potensialının qüdrətinin gördü. Heç şübhəsiz ki, bu prosesdə, qələbələrimizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti olmuşdur.
    Azərbaycan xalqı və dövləti son yüzilliklərdə anoloqu olmayan çox böyük tarixi və hərbi zəfər qazanmışdır. Yazımın sonunda dünən 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı Ali Baş Komandanımız İlham Əliyevin sözlərini xatırladım:”...Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad etdik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR