AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi şəhidinin yarımçıq qalan evini nazirlik tikəcək - FOTO

  • + A
  • - A
  • 23-11-2020, 12:47



    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq”.

    Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

    O bildirib ki, Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrindən birindən məlumat əldə edilib:

    “Məlumatla əlaqədar nazirliyin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşdülər. Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və azyaşlı bacı və qardaşından) ibarətdir.

    Vətən Müharibəsinə getməzdən öncə Asif işləyərək, ailəsi üçün ev tikdirirmiş. Nazirlik Vətən Müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq”.

    “Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir. Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq.

    Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb”, - deyə F.Talıbov əlavə edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR