AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - " Yeni nəsil uşaqları, sürətlə uyğunlaşdığı Rəqəmsal Dünyadan necə qoruya bilərik? "

  • + A
  • - A
  • 26-11-2020, 04:53

    Politoloq Ülkər Piriyeva - " Yeni nəsil uşaqları, sürətlə uyğunlaşdığı Rəqəmsal Dünyadan necə qoruya bilərik? "

    Politoloq Ülkər Piriyeva – Azadmedia.az - da, Övladlarımızı virtual mühitin təhlükələrindən qorumaq üçün nələr etmək barədə, danışıb.

    Politoloq Ülkər Piriyeva, " Yeni nəsil uşaqları sürətlə uyğunlaşdığı Rəqəmsal Dünyadan necə qoruya bilərik? " sualını cavablandırıb.
    Mütləq şəkildə, övladlarınızı virtual mühitin təhlükələrindən qorumalısınız..
    Virtual dünyanın təhlükələri barədə, övladlarınıza xəbərdarlıq edərkən, onları qorxutduğunuzu düşünə bilərsiniz. Birmənalı olaraq, unutmaq olmaz ki, onların virtual dünyaya qorxu ilə yanaşmaları, şüursuz olmalarından daha yaxşıdır. Övladlarınız sosial mediadan daha sərbəst istifadə etməyə başladıqları andan etibarən, bu təhlükələr onların ətrafında çəmbər yaratmağa başlayacaqdır, artıq.
    Əslində, valideynlik yalnız uşağın fiziki inkişafına yönəlmiş bir məfhum deyil. Uşaqlar böyüdükcə, problemləri durmadan artır. Təbii ki, bu problemləri ən yaxşı şəkildə idarə etmək, birbaşa valideynlərindən asılıdır. Lakin, təəssüflər olsun ki, bugünkü şəraitdə, bu prosesləri çətinləşdirən məsələlərdən biri və ya birincisi, internet - sosial medianın istifadəsidir.

    Bəs, sosial medianın uşaqlara həqiqətən zərəri varmı?
    • Bununla bərabər, uşaqlarınız sosial mediada hansı pis nümunələrlə qarşılaşa bilər?

    Hər şeydən öncə, övladlarımızı mümkün qədər sosial mediadan uzaq tutmalıyıq. Çünki inkişaf etdirilən alqoritmlər insanların şiddət və zorakılıqdan zərər görməməsi üçün hazırlansa da, sistemin hələ də xeyli sayda çatışmazlıqları var, əlbəttə. Dünyanın ən sıx və ən çox istifadə olunan sosial media sənayesi-İnstagram, Facebook, Tik-Tok və s. Bəzən, bir qədər dərinə vardığımızda, düşünmək olar ki, insan gücü ilə problemsiz şəkildə, bu qədər izdihamlı kütləni bir yerdə saxlamaq, həqiqətən qeyri-mümkündür. Lakin, bu reallıq mövcuddur..

    Gəlin İnstagrama nəzər salaq. Elə “gəncliyimizin” əksəriyyətinin dayanamadan istifadə etdiyi məşhur sosial media platforması - İnstagram..
    Diqqətinizə çatdırım ki, İnstagram platformasının yüzdə səksən hissəsi, süni zəkanın köməyi ilə həll olunur. Məsələn, hesabınıza +18 şəkil yerləşdirdiyiniz zaman, süni intellekt şəklə dərhal nəzər salır və onu silir. Bunu ardıcıl bir neçə dəfə etdiyiniz zaman, süni intellekt zərərli bir insan olduğunuzu aşkarlayır və hesabınıza girişi tamamilə əngəlləyir. Bunlarla yanaşı - şiddət, zorakılıq halları, silah şəkilləri, alkoqol, narkotiklə bağlı şəkilləri zərərli hesab etdiryindən, silir. Elə bütün bunlara görə də, İnstagram cəmiyyətə çox təmiz bir platforma istədiyini göstərdi.
    “Lakin nə edərsəniz edin, virtual ələmdə, heç vaxt 100% etibarlı bir mühit yarada bilməzsiniz”
    Bəli, övladlarınız İnstaqramda +18 şəkil və ya şiddətli video ilə qarşılaşa bilməz. Ancaq bu, instagram və ya digər sosial media platformalarının onlar üçün etibarlı bir platforma olduğu anlamına gəlmir. Instagram sərt qaydalar tətbiq etsə və şərtlərə uyğun olmayan hesabları bağlasa da, heç vaxt 100% təmiz platforma olmayacaqdır. Çünki övladlarınıza qeyri-etik yazılar göndərən və ya buna niyyətli olan şüuru və tərbiyəsi pozulmuş insanların qarşısını almağınız, mümkün olmayacaq.

    Valideynlər, uşaqlarının sosial media platformasına 18 yaşına qədər nəzarət etməli

    Övladınız müəyyən olunan yaş həddi - 13 yaşından yuxarı olsa belə, siz, 18 yaşına qədər onların sosial media platformasına nəzarət etmək məcburiyyətindəsiniz. Bir tərəfdən, sosial platforma süni zəkanın köməyi ilə, təhlükəsiz qalmağı hədəfləsə də, ancaq nə biz, nə də övladlarımız təhlükəsiz mühitdə deyilik. Nə olur olsun, övladlarınıza hər şeydə olduğu kimi, mütləq, sosial media barədə də, ətraflı məlumat verməlisiniz.
    Xüsusilə, övladlarınızın hesablarını ictimai mediada açıq şəkildə istifadə etməməsi və tanımadıqları insanlarla münasibət qurmaması üçün, daima xəbərdarlıq etməli, onları nəzarətdə saxlamalısınız. İlk növbədə, onlara getdikləri hər yeri məkan kimi göstərməmələri barədə, xəbərdarlıq etməli və özlərini daha yaxşı tanıyan insan kimi böyümələrinə köməklik göstərməlisiniz.

    Hər an, övladlarınızın sosial mediada qarşılaşa biləcəyi və onlara zərər verə biləcək olan nüanslar nələr ola bilər?

    * Digər sosial media istifadəçiləri tərəfindən təqib oluna bilər və kiber zorakılığa məruz qala bilər
    * Cinsi məzmun ifadə edən paylaşımla qarşılaşa bilər
    * Zərərli insanlar tərəfindən sosial mediada təcavüzə məruz qala bilər
    * Yaşına uyğun olmayan reklamlarla hər an qarşılaşmağa məruz qala bilər
    * Məlumatları oğurlana, sosial media hesabları zərərli insanlar tərəfindən pozula bilər
    * Özü haqqında xeyli sayda məlumat paylaşaraq “təhlükəsizliyini təhlükəyə ata bilər”
    * Sosial medianın istifadəsi səbəbi ilə, fiziki və zehni işlərə daha az vaxt ayırdığından bir çox sağlamlıq problemləri və s.. yaşaya bilər

    Bəs, Valideynlər uşaqların sosial media platformasında hansı rolu oynayır?

    Övladınız gününün əksər hissəsini kompüter, internet, telefon, planşet, televiziya və ya digər elektron avadanlıqların qarşısında keçirə bilər. Beyinlərini gərəksiz bilgilərlə doldurmaq və əllərini məşğul etmək üçün uşaqlara verilən tabletlər, təəssüf ki, bunların “böyük memarlarıdır”..
    İşin əsli, övladınızın tənqidi baxışı, hələ yetərincə inkişaf etmədiyi üçün, sosial media hesablarında paylaşdığı məlumatların çoxluğu və digər istifadəçilərdən qarşılıqlı şəkildə aldığı məlumatların həqiqiliyini qiymətləndirə bilmə iqtidarında olmur. Deməli, gün ərzində, istifadə etdiyi social mediadan sağlam şəkildə istifadə etmək və istismara məruz qalmamaq üçün sizlərin valideyn olaraq bəzi vəzifələriniz var.

    Çünki bu komanda işidir. Əslində, nə etməli?


    * Əvvəla, Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə,10 yaşından kiçik uşağınızın sizin nəzarətiniz olmadan, internetdən istifadə etməsinə icazə verməyin. Bu birbaşa - Övladınızın istifadə etdiyi sosial şəbəkələrə abunə olun və onları əlavə edin. Sosial mediadan səmərəli istifadə etmək üçün araşdırma aparın.
    * Əgər, övladınız sosial mediadan istifadə üçün yaş limiti azdırsa, hesabını bağlayın
    * Ən önəmlisi, məxfilik parametrləri vacib bir nüansdır. Övladınızın sosial media paylaşımlarını və profil məlumatlarını kimlərin görə biləcəyi üçün parametrləri, özünüz tənzimləyin.
    * Ev adresi, mobil telefon, yaş və s.. Övladınızı öz şəxsi məlumatlarını sosial şəbəkələrində paylaşmamaq barədə xəbərdar edin
    * Planşetlər, kompüterlər və ya mobil telefonlar kimi sosial şəbəkələrə daxil olmaq üçün istifadə etdiyi elektron cihazlarda istənməyən proqramlar və virus təhdidlərinin olub olmadığını tez-tez yoxlayın
    * Zərərli bir mesaj və ya bildirişlə qarşılaşdıqda, ona cavab vermədən əvvəl sizə bildirmələrini söyləyin
    * Tanış olmayan birini dost siyahısına əlavə etməməsini bildirin və zaman-zaman dostluq siyahısını yoxlayın
    * Mütləq, qarşılaşa biləcəyi saxta hesablar barədə, xəbərdarlıq edin. Unutmayın ki, özünü uşağınızın yaşındaymış kimi təqdim edən şəxs əslində, pis niyyətli bir yetkin ola bilər
    * Mesajlarında heç vaxt olduğu yeri göstərməməsini tənbehləyin
    * Övladınızın məktəbdəki və ya ictimai münasibətlərindəki nailiyyətlərinin kəsilməməsi üçün ona internetdən istifadə müddəti təyin edin. Qadağa qoymaq əvəzinə, nəzarətli şəkildə bir müddət tətbiq edə bilərsiniz
    * Arabir övladınızla internet haqqında danışın. Sosial media şəbəkələrindən səmərəli istifadə etməsini təmin edin. Buna, ailə olaraq internetin və sosial medianın müsbət cəhətlərindən faydalanmağa çalışın ki, bütün bunlar, övladınıza birbaşa örnək olmuş olsun

    Bir sözlə, təəssüflər olsun ki, yeni nəsil uşaqlar daha sürətli uyğunlaşdığı rəqəmsal dünyada, valideynlərinin heç vaxt istəmədiyi vərdişləri əldə edə bilirlər.

    Ancaq övladınızla danışarkən, davamlı olaraq telefonun ekranına baxırsınızsa, övladınızın sizin təyin etdiyiniz qaydalara inanıb tətbiq etməsini heç vaxt gözləyə bilməzsiniz. Başqa sözlə, özünüzə tətbiq edə bilmədiyiniz hər qayda, birbaşa, uşağın "Qaydalar pozula bilər", mesajını almasına səbəb olur. Övladınızla söhbət edərək, qaydaların səbəbini və onların ailələri üçün nə dərəcədə əhəmiyyət daşıdığına inandırmalısınız. Buna görə qaydaları niyə və necə tətbiq edəcəyinizi birlikdə danışın və özünüz, övladınıza bir nömrəli nümunə olduğunuzu unutmayın!


    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR