AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva – “Yeni Azərbaycan Partiyası 28 ildir tarixi missiyalarını ləyaqətlə yerinə yetirir"

  • + A
  • - A
  • 21-11-2020, 20:06

    Politoloq Ülkər Piriyeva - “Yeni Azərbaycan Partiyası, ölkəmizdə qurtuluş və tərəqqinin simvoludur!"

    AzadMedia.az-a açıqlamasında, Yeni Azərbaycan Partiyasının gənc üzvü, politoloq Ülkər Piriyeva, “Yeni Azərbaycan Partiyası 28 ildir tarixi missiyalarını ləyaqətlə yerinə yetirir" deyə bildirib.
    Politoloq Ülkər Piriyeva – “Yeni Azərbaycan Partiyası 28 ildir tarixi missiyalarını ləyaqətlə yerinə yetirir"
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yüksəlişə doğru inamla – 28 il YAP ilə..
    Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyev başda olmaqla, bütün partiya üzvlərimizi təbrik edirəm..

    28 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması, Azərbaycan cəmiyyətində böyük bir siyasi-tarixi hadisə oldu. Ulu Öndər Heydər Əliyevin dolğun siyasi təcrübəsi və müstəqil demokratik dövlət istiqamətindəki intensiv fəaliyyəti, yeni müstəqilliyini qazanan xalqımızın bu günü və gələcək taleyi üçün vacib bir elementə çevrildi. Eyni zamanda, YAP-ın xalq partiyası kimi formalaşması onun sosial infrastrukturunun və intellektual potensialının əzəmətini dilə gətirmiş oldu.
    Heydər Əliyevin siyasi xəttinin əhəmiyyəti, YAP-ın Proqramında və çıxışlarında açıq şəkildə ifadə edilirdi. Partiyanın əsas məqsədi, Azərbaycanın müstəqil dövlət quruluşunu qorumaq və cəmiyyətdə demokratik prinsipləri təmin etmək idi. Əslində bu fikir təkcə partiya sənədlərində deyil, kütləvi tədbirlərdə də dəfələrlə səsləndirilib. YAP-ın məqsədi Azərbaycanı çətin vəziyyətdən çıxarmaq idi və buna da uğurla nail oldu. Təbii ki, Azərbaycan müstəqil bir dövlət olması, böyük tarixi hadisə oldu.
    Yeni Azərbaycan Partiyası, Azərbaycan tarixinin son dərəcə çətin və təlatümlü günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı dönəmdə quruldu. YAP, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, Əsasnaməsinə və Proqramına uyğun olaraq fəaliyyət göstərən və Azərbaycanda qanunun aliliyi, sabit və sosial yönümlü iqtisadiyyat və vətəndaş cəmiyyətinin qurulması ideyasını qəbul edən vətəndaşları birləşdirən iqtidar partiyasıdır.
    YENİ AZƏRBAYCAN PARTİYASI BUNUNLA DA KİFAYƏTLƏNMƏDİ. YAP- 28 İL SONRA İŞĞAL OLUNMUŞ 20 FAİZ DAĞLIQ QARABAĞ TORPAQLARIMIZI DÜŞMƏN İŞĞALINDAN TAMAMİLƏ AZAD ELƏDİ.
    PARTİYANIN SƏDRİ, CƏNAB PREZİDENT İLHAM ƏLİYEV VƏ I VİTSE PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVANIN XXI YÜZİLLİKDƏ YAZDIĞI BU “TARİXİ QƏLƏBƏ” HƏLƏ ƏSRLƏR BOYU DANIŞILACAQDIR!

    28 il sonra bütün azərbaycanlıların və bütün Türk dünyasının tarixində, əsrlərlə bəhs ediləcək "Qarabağ Zəfəri", mükəmməl və möhtəşəm şəxs, qüdrətli siyasi lider, Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı, Azərbaycan xalqının lideri, Yeni Azərbaycan Partiyasının rəhbəri, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab prezident İlham Əliyev tərəfindən istər siyasət arenasında və istərsə də müzəffər ordumuza öndərlik etməklə savaş meydanında, qələbə qazanaraq xaqlımıza bəxş elədi. 28 illik Tərəqqi və Zəfər yolun mübarək Azərbaycan!

    Var olun cənab Ali Baş Komandan İlham Əliyev!
    Var olun, hörmətli Mehriban xanım Əliyeva!
    Yaşasın Yeni Azərbaycan Partiyası!
    Yaşasın qüdrətli Azərbaycan və Azərbaycan xalqı!
    Yaşasın Şanlı Azərbaycan Ordusu!
    QARABAĞ AZƏRBAYCANDIR!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR