AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik

  • + A
  • - A
  • 30-10-2025, 17:27

    Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik

    Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərini ifadə edib.

    Bunu Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertslə birlikdə mətbuata bəyanatında deyib.

    "Bu gün apardığımız danışıqlarda NATO müttəfiqləri olaraq, ortaq maraqlarımız zəminində ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri müzakirə etdik. Həmçinin strateji hədəf kimi gördüyümüz Avropa İttifaqına tam üzvlüyümüzlə bağlı onlardan gözləntilərimizi ifadə etdik. Türkiyənin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli iradənin İttifaq səviyyəsində layiqincə dəyərləndirilməsi halında, çox qısa müddətdə ciddi irəliləyiş əldə edə biləcəyimizə inanırıq".

    Öz növbəsində kansler bəyan edib ki, Türkiyəni Avropa İttifaqında görmək istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR