Fransanın Luvr muzeyindən qiymətli əşyaların oğurlanmasında şübhəli bilinən üçüncü şəxs tutulub.
Polisin məlumatına görə, sözügedən şəxs paytaxt Parisdə saxlanılıb və hazırda polis nəzarətindədir.
Qeyd edək ki, Luvr muzeyindən oğurluq hadisəsi oktyabrın 19-da baş verib. Bir neçə gün əvvəl məsələ ilə əlaqədar iki nəfər şübhəli həbs olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.