"EURONEWS" TELEKANALI İSMAYILLI VƏ NAXÇIVAN HAQQINDA PAYLAŞIMLAR EDİB

Avropanın aparıcı media platformalarından biri olan Euronews telekanalı “Around Azerbaijan” rubrikasının son buraxılışında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının təbii gözəlliyi və turizm imkanlarını təqdim edib.
“Yeraltı dünya: Naxçıvanda sağlamlıq mədəniyyəti – yerin 110 metr dərinliyində” adlı reportajda jurnalist Anca Ulea bölgənin unikal təbii sərvətləri və sağlamlıq turizminə dair məlumat verib.
Bildirilib ki, Naxçıvan İran, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşən muxtar respublika olaraq, möhtəşəm dağlar, sərt qayalıqlar və mənzərəli təbiəti ilə həm yerli, həm də xarici turistlərin diqqətini çəkir.
Reportajın əsas hissəsində Duzdağ duz mədənlərinə diqqət yetirilib. Keçmiş sovet mədəni bu gün regionun ən iri sağlamlıq və turizm mərkəzinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar burada tənəffüs xəstəliklərinin, o cümlədən astma və bronxitin müalicəsi üçün duzlu hava ilə nəfəs alırlar.
REPOTAJDA GÖSTƏRİLİR Kİ, Şahbuz rayonunda dəniz səviyyəsindən 2,500 metr yüksəklikdə yerləşən Batabat gölü turistlərin sevimli istirahət məkanlarından biridir. Yerli turizm şirkətləri, o cümlədən Naxçıvan Travel, ilin bütün fəsillərində turistlər üçün Batabat gölü və ətraf dağlara səyahətlər təşkil edir.
“Around Azerbaijan” rubrikası Euronews telekanalının Azərbaycana həsr etdiyi davamlı reportaj seriyasıdır. rublika telekanalın Azərbaycan Turizm Bürosu ilə birgə layihəsidir . Buada ölkənin müxtəlif bölgələri, mədəniyyət və təbiət gözəllikləri, turizm imkanları və yerli həyat tərzi nümayiş etdirilir. Məqsəd Azərbaycanın turizm potensialını, tarixi və mədəni irsini beynəlxalq auditoriyaya tanıtmaqdır. Rubrikada hər bir reportaj konkret bölgəyə fokuslanır, jurnalistlər yerli sakinlərlə görüşərək, unikal adət-ənənələr, sənət və kulinariya nümunələrini təqdim edirlər.
QEYD EDƏK Kİ, layihə oktyabrın əvvəlində İsmayıllının təqdim edilməsi ilə başlayıb. Reportajda jurnalist Anca Ulea bölgənin sakit kənd həyatını və zamanla formalaşmış ənənələrini təqdim edib. o, Ivanovka kəndində Molokan Mədəniyyət Mərkəzini , yerli bal və pendir istehsalçılarını tanıdıb. Reportaj həmçinin Damir Art Gallery və Ohio Inn & Café kimi yerləri, eləcə də ölkənin tarixi üzüm növləri ilə şərab istehsal edən Chabiant Winery-ni də işıqlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.