AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur

  • + A
  • - A
  • 27-11-2020, 12:57


    Bakı-Minsk marşrutu üzrə birbaşa reyslər bərpa olunur.

    Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata əsasən, dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulur.

    4 dekabr 2020-ci il tarixdən etibarən “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayacaq. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.

    Bu reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

    Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR