AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körpəyə şəhid atasının adı verildi

  • + A
  • - A
  • 8-01-2021, 20:00

    Körpəyə şəhid atasının adı verildi

    Vətən müharibəsi şəhidi Ruslan Qurbanovun oğlan övladı dünyaya gəlib.

    Azadmedia.az Report-a istinadən xəbər verir ki, Bakıda xəstəxanaların birində dünyaya gələn körpəyə şəhid olan atasının adı verilib.

    Körpə bu gün xəstəxanadan evə buraxılıb və şəhidin ailə üzvləri yeni doğulan uşaqla birlikdə yaşadıqları Biləsuvar rayonunun Ağalıkənd kəndinə yola salınıb.

    Rayon ictimaiyyətinin nümayəndələri tərəfindən onların təntənəli qarşılanma mərasimi keçirilib.

    Qeyd edək ki, körpə Ruslan Qurbanov şəhid Ruslan Qurbanovun ilk övladıdır.

    Xatırladaq ki, Daxili Qoşunların baş çavuşu Ruslan Üzeyir oğlu Qurbanov sentyabrın 27-dən başlayan döyüşlərdə Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR