AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÜST-ün açıqlaması - hər il dünyada 7 milyon insan bu səbəbdən ölür

  • + A
  • - A
  • 22-01-2021, 09:41

    ÜST-ün açıqlaması - hər il dünyada 7 milyon insan bu səbəbdən ölür

    Havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun şəkildə aşağı salınması hər il Avropada orta hesabla 50 min erkən ölüm halının qarşısını ala bilər.

    AzadMedia.az xəbər verir ki, Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları Avropanın minə yaxın şəhərində havanın çirklənməsini ölçüblər və nəticələr “Lancet Planetary Health“ elmi nəşrində dərc olunub. Bu zaman alimlər ÜST-ün kriteriyalarını əsas götürüblər və PM2,5 kateqoriyasına daxil olan çirkli hava partikllərinin, eləcə də havadakı azot oksidinin (NO2) miqdarını araşdırıblar.

    Belə ki, ÜST-ün açıqlamasına görə, hər il dünyada yeddi milyondan çox insan hava çirklənməsinin səbəb olduğu xəstəliklərdən (qan-damar sistemi və nəfəs yolları xəstəlikləri) dünyasını dəyişir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR