AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniyadakı Tibb Elmləri doktorumuz Seymur Kərimli – “Uşaqlara hələki, koronavirus əleyhinə peyvənd olunmaq məsləhət görülmür” - Reportaj

  • + A
  • - A
  • 28-01-2021, 08:15

    Dr. med Seymur Kərimli















    Ümumiyyətlə, koronavirus əleyhinə peyvəndlərin müxtəlif növləri var. Almaniyada istifadə olunan mRNA (messenger - riboksinukleaza tuuşusu) tipli peyvənddir, hansı ki, Biontech və Pfizer firmalarının birgə istehdsalatıdır və rəsmi adı BNT162b2-dır. Dekabrın 21-də rəsmi təsdiq olundu.

    AzadMedia.az xəbər portalının redaktoru Ülkər Piriyevanın Almaniyada yaşayan Tibb Elmləri doktorumuz - Dr. med Seymur Kərimli ilə xüsusi reportajı..

    “Uşaqlara hələki koronavirus əleyhinə peyvənd olunmaq məsləhət görülmür”

    Dr. med. Seymur Kərimli xoş gəldiniz!

    - Oxuyucalırımıza özünüzü təqdim edərdiniz - Almaniyada yaşayan və eyni zamanda, əslən Masallı rayonumuzdan olan həkimimizi tanıyaq..
    Bəli, öncəliklə sizə təşəkkür edirəm..
    2001-ci ildə Azərbaycan Tibb Univeristetini bitirmişəm, 2002-2004-cü illərdə Azərbaycan Silahlı qüvvələrində hərbi həkim olaraq leytenant rütbəsində xidmət etmişəm. Qısa müddət Azərbaycanda Onkologiya sahəsində çalışmışam, 2005-ci ildə ilk dəfə Almaniyaya hazırlıq kurslarına getmişəm. Bir neçə il dil hazırlıq kurslarında olmuşam və Həkim-Praktikant kimi çalışmışam. Müəyyən olunmuş imtahanlardan sonra Almaniyaapprobationu, yəni həkim işləmək hüququ qazanıb 2009-cu ildənÜrək cərrahiyyəsi üzrə Almaniyanın Bavariya əyalətində Vürzburq Universitet-Klinikasında Rezidenturaya başlamışam. Və 2018-ci ildə Uzmanlıq imtahanını qazanıb – Facharzt- həmin Uniklinikanın uzaman ürək cərrahi və elmi işçisi vəzifəsində çalışmışam. 2020-ci ilin əvvəlində uzun illərdir araşdırdığım elmi işimi Vürzburg universitetində müdafiə edərək tibb elmləri doktoru- Dr. Med – elmi dərəcəsini almışam və həmin ildən aparıcı Ürək cərrahı olaraq –Oberarzt Würzburg Universitet-Klinikasında çalışıram.


    - Ürək-damar xəstəliklərinin qarşısını almaq mümkündürmü? Özümüzü necə qoruyaq? Nələr etməliyik? Ümumiyyətlə ürəyə dost mühit nədir?
    Bu çox geniş mövzudur. Mən ürək damar xəstəliklərinin profilaktikasını iki istiqamətə bölərdim -


    1. İnsanlar özlərinin tənzimləyə biləcəyi faktorlar-
    Bura aiddir- siqaretçəkməkdən imtina, yuxarı bədən çəkilişini azaltmaq (body mass indexi 25-e salmaq),düzgün qidalanma, hərəkətlilik yaxud idman, stressdən uzaq sakit həyat tərzi və sosial münasibətlər qurmaq. Bu faktorları düzgün idarə edə bilsək, ürək-damar xəstəliklərini yüksək dərəcədə azaltmış olarıq.
    2. Tibbi müalicəyə ehtiyacı olan faktorlar isə-
    Məsələn, şəkərli diabet, arterial hipertoniya, yağların mübadilə pozğunluğu kimi patalogiyalar ağır ürək-damar xəstəliklərinə gətirib çıxara bilər, bunları da həkim nəzarətində müalicə etməklə ürək-damar xəstəliklərinin yaranmasının qarşısını ala bilərik. Bundan başqa genetik faktor da danılmazdır. Ona görə də, genetik dispozitionunu olan insanlar yuxarıda göstərdiyim risk faktorlarına daha ciddi əməl etməlidir.

    - Niyə ürək dərmanları başlandığı andan etibarən ömrü boyu istifadə olunur?
    Bu bütün dərmanlara aid deyil. Ümumiyyətlə, bu haqda çox uzun danışmaq olar. Ürək xəstəliklərində işlədilən dərmanların əksəriyyəti preventiv xarakter daşıyır, yəni qoruyucu məqsədlə qəbul olunduğu üçün ömür boyu istifadə olunur. Bura aiddir ASS və ya Aspirin dediyimiz trombositlərin aqressiyasını azaldan, yuxarı təzyiqi azaldan, qandaki xolestereni tənzimləyən və s. Kimi dərmanlar. Qulaqcıqların daimi səyriməsi kimi aritmiyası olan pasientlər də ömür boyu laxtalanma əleyhinə (antikoagulant) qəbul etməlidirlər. Qeyd etdiyim kimi, bu halda da, məqsəd preventiondur. Yeni antikoagulant aritmiyanı sağaltmır, amma aritmiyadan əmələ gələ biləcək tromblaşmanın qarşısını alır ki, bu da insult və ürək infarktı kimi ağır fəsadların əmələ gəlmə riskini azaldır.

    - Bir neçə uşaq kardiloqları ilə söhbətimdən qaynaqlanan nəticəyə əsaslanaraq sizə bu sualı ünvanlayıram - Son zamanlarda, 8-15 yaş aralığında olan uşaqlarda əksər hallarda təzyiq və ürək ritmlərinin sayının çoxluğuna təsadüf olunur, bunun qarşısını almaq üçün nələr etməli, valideynlərə və uşaqlara tövsüyyələrinizi dinləmək istərdik?
    Bu, mənim işlədiyim sahə olmadığı üçün uşaqlarda aritmiyanın çoxalması kimi bir müşahidəm olmayıb. Və bu suala uşaq kardioloqları və ya pediatrlar daha professional cavab verə bilərlər. Qısaca onu qeyd edə bilərəm ki, uşaqlarda aritmiya genetik mənşəli ola bilər. Əgər valideynlər belə bir hal müşahidə edirlərsə, ürək kardioloqlarına müraciət etsinlər və ən azından exokardiografiya vasitəsilə anadangəlmə ürək qüsurlarının olub olmadığını müayinə etdirsinlər. Əslində, bəzi dərman preparatları da uşaqlarda aritmiya yarada bilər.

    - Belə uşaqlar Korona virus peyvəndi zamanı xüsusi risk qrupunda sayılırmı?
    Uşaqlara hələki koronavirus əleyhinə peyvənd olunmaq məsləhət görülmür.

    Doktor, siz özünüz də vaksin dən istifadə etmisiniz? – Vaksindən sonra sağlığınızda hər hansı bir əks təsirini gördünüzmü?
    Mənə dekabrın 29-da peyvəndin 1-ci dozası inyekçiya olunub, yanvarın 21-də isə 2-ci doza vuruldu. Heç bir ciddi neqativ təsir olmayıb, sadəcə vaksinin vurulduğu yuxarı qol nahiyəsində (delta əzələsində) yerli reaksiya kimi bir-iki gün yüngül ağrı hiss olundu.

    - Əgər birinci dozada əks təsir olmadısa, ikinci və üçüncü dozada əks təsir gözlənilən haldırmı?
    Hər iki etapda vurulan Covid-19 vaksinin tərkibi eynidir, amma buna baxmayaraq ikinci dozada immun sistemi artıq korona virusa qarşı aktivləşdiyi üçün əlamətlər biraz intensiv ola bilər.

    - Ümumiyyətlə, Vaksin insanlarda hansı əks təsirlərə səbəb ola bilər və belə halda nələr etməli?

    Bütün peyvəndlərdə olduğu kimi , bu halda da yüngül immun reaksiyadan tutmuş ağrı anaflaktik şoka qədər baş verə bilər. İstənilən halda, həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə, məlumat üçün deyim ki, Almaniyada infeksion xəstəliklərin öyrənilməsi ilə dünyaca məşdur, 1891-ci ildən fəaliyyət göstərən Robert Kox İnstitutu (RKI) məşğul olur. RKI-ni n verdiyi statistik məlumata görə, peyvəndin inyeksiya olunduğu qol nahiyəsində lokal ağrı təqribən 80% insanlarda müşahidə edilir. Bundan başqa peyvənd olunanların təqribən yarısında yorğunluq və başağrı kimi yüngül əlamətlər müşahidə olunmuşdu. Bədən temraturunun yüksəlməsi Almaniyada 4% 1-ci peyvənddən sonra 16% isə 2-ci peyvənddən olmuşdur.

    - Almaniyada vaksinin əks təsirinə məruz qalan şəxslər üçün yəni bundan zərər çəkən şəxslərə dövlət hansı tədbiri görüb?
    Almaniyada bütün insanların, yəni əhalinin 100%-nin tibbi sığortası var, peyvəndlənmə xərcləri isə ümumiyyətlə, hələki, ilkin etapda pulsuzdur. Amma ödənişli olsa belə onu sığorta şirkətləri ödəyəcəklər, həmçinin də ağırlaşması zamanı lazım olan tibbi xidmətin xərclərini. Sadəcə insanlar patoloji simptomlar hiss etdikdə ev həkiminə müraciət etməlidir. Bundan başqa, səhiyyə idarələrində Pandemiyanın əvvəlindən, 1 ilə yaxındır ki, xüsusi “hotline” xidmətlər var, hər hansı bir əlamət olduqda, həmin telefon nömrələrinə zəng edib ətraflı məlumat almaq olar.

    - Peyvənd prosesində ürək-damar xəstəlikli insanlar xüsusi risk qrupuna aid edilirmi?
    Peyvənd prosesində xeyr. Risk qrupuna yaşı 80-də olan şəxslər və tibb personalı addir. Amma ürək-damar xəstəlikləri olanlar Covid-19 xəstəliyinə tutularsa, daha ağır gedişata məsələn kəskin ağciyər çatışmazlığı sindromuna (ARDS – Acute Respiratory Distress Syndrome) məruz qalırlar ki, bu da həyati təhlükə sindromudur.

    - Ümumiyyətlə, Vaksində Koronavirus varmı - Vaksinin tərkibi təhlükəlidirmi, tərkibi nədən ibarətdir?
    Ümumiyyətlə, koronavirus əleyhinə peyvəndlərin müxtəlif növləri var. Almaniyada istifadə olunan mRNA (messenger - riboksinukleaza tuuşusu) tipli peyvənddir, hansı ki, Biontech və Pfizer firmalarının birgə istehdsalatıdır və rəsmi adı BNT162b2-dır. Dekabrın 21-də rəsmi təsdiq olundu. Və dekabrın 27-dən Almaniyada ilk olaraq, tibb işçilərinə və yüksək risk qrupunda olanlara vurulmağa başlandı. Bu peyvəndlərdə yalnız Koronavirusun informasiya daşıyan hissəsi olan messenger – RNA – dan istifadə olunur, yəni burada Virusun özünün vurulmasından söhbət getmir, hansı ki, bəzi insanlar belə şaiyələr yayırlar, bəzi insanlar bu növ vaksinə “ölü virus” da deyirlər. İnsan orqanizmi də bu mRNA-nı virusun özü kimi tanıyır və ona qarşı “Antitellər” hazırlayır. Və bununla da orqanizm virusa qarşı immunitetlə təmin olunur.

    - Vaksin prosesindən sonra maska taxılmalıdırmı?
    Bəli, indiki periodda hələki, maska taxılmalıdır. Belə ki, peyvənd olunanların 0,01%-də, yəni hər 1000 nəfərdən birinin Koronavirusa yoluxma ehtimalı var.

    - COVİD-19 olmuş və bundan sağalan insanlar peyvənd olunmalıdırmı?
    Bu məsələ hələki tam dəqiq bəlli deyil, yəni xəstəlikdən sonra uzunmüddətli immunitet yaranırmı və hansı müddətə yaranır, hələki, məlum deyil. Fakt budur ki, ikinci dəfə Koronavirusa yoluxma halları baş verir. Deməli, Koronavirusa yoluxandan sonra uzunmüddətli immunitet həmişə yaranmır. Bu məsələlər hələki, araşdırılma fazasındadır. Konkret məlumatları böyük həcmli elmi tədqiqatlardan sonra görmək olacaq və buna da müəyyən vaxt tələb olunur.

    - Son olaraq, kiçik və yuxarı yaş təbəqəsinə ayrı – ayrılıqda, xüsusilə, uşaqları bundan qorumaq üçün təklif elədiyiniz qida məhsulları varmı?
    Koronavirusdan qoruyan qida məhsulu hələki kəşf olunmayıb  Bu günkü reallıqda əhalinin Koronavirusdan qorunmasının yolu maska taxmaq ve məsafə saxlamaqdır.
    Reportaj üçün təşəkkür edirəm!

    Biz təşəkkür edirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR