AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb

  • + A
  • - A
  • Dünən, 10:44

    KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb

    Rusiya Prezidenti Vladimir Putinin Uitkoff və Kuşnerlə 5 saat davam edən görüşü nəticəsiz olub.

    Bu barədə “Politico” nəşri yazıb.

    Nəşrin yazdığına görə, danışıqların gedişindən xəbərdar olan mənbələr bildirib ki, görüş heç bir nəticə verməyib və tərəflər konkret qərara gələ bilməyiblər.Bununla belə, Putin söhbət zamanı “Avropa tərəfinin destruktiv fəaliyyətlərini” vurğulayıb.

    “Politico” qeyd edir ki, bu ifadə Kreml rəhbərinin mümkün sülh sazişinə nail olunmadıqda məsuliyyəti Avropa İttifaqının üzərinə atmağa çalışdığını göstərir. Qeyd olunur ki, Aİ nümayəndələri həmin görüşdə iştirak etməyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR