AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yerevanda müxalifətçilər polis idarəsinin binasını mühasirəyə alıblar

  • + A
  • - A
  • 23-02-2021, 22:04



    Yerevanda müxalifət nümayəndələri baş polis idarəsinin binasını mühasirəyə alaraq polis rəisi Vaqe Kazaryanla görüş tələb ediblər.

    AzadMedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, etirazçılar hüquq mühafizə orqanlarını Baş nazir Nikol Paşinyanın əməllərini ört-basdır etməyi dayandırmağa və vətəndaşların tərəfini tutmağa çağırıblar.

    “Siz onun qanunsuz əmrlərinə tabe olaraq cinayətlərinə ortaq olmuş olursunuz. Kazaryan şəxsən aşağı düşməli, tabeçiliyində olanların etdiyi bütün vəhşiliklərinə görə cavab verməlidir”, - deyə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bildirib.

    Öz növbəsində, aksiyanın iştirakçısı, keçmiş ədliyyə naziri Arpine Ovannisyan Kazaryanı Baş nazirin cinayət ortağı adlandırıb və ictimaiyyəti özünə qarşı çevriməmək üçün onun əmrlərini yerinə yetirməməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR